"Neftçi" finala çıxıb

"Neftçi" finala çıxıb

Basketbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşib.

Mediasport.az xəbər verir ki, "Xəzri"nin ardından "Neftçi" də həlledici görüşə vəsiqə qazanıb.

"Ağ-qaralar" yarımfinalda “Sərhədçi”yə qalib gəliblər - 91:73 (31:22, 21:20, 20:16, 19:15).

Kubokun finalı aprelin 20-də oynanılacaq.