Yığmamız gürcülərə uduzdu

Yığmamız gürcülərə uduzdu

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

mediasport.az xəbər verir ki, komandamız Gürcüstanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb və 0:2 hesabı ilə məğlub olub.

Tərəflər arasında növbəti görüş iyunun 11-də keçiriləcək.