Millimizdə yeni məşqçi - RƏSMİ
Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli yığma komandasına yeni böyük məşqçi gətirilib.
MediaSport.az xəbər verir ki, bu vəzifəyə Slavko Tekiç təyin edilib və almaniyalı mütəxəssis avqustun 1-dən işinin icrasına başlayacaq.
53 yaşlı Tekiç 1999-cu ildə Almaniyanın Hamburq Federativ bölgəsində dövlət məşqçisi, 2009-cu ildən Azərbaycan komandasındakı təyinatına qədər isə həmin bölgənin baş məşqçisi olub.
Qeyd edək ki, Riçard Trautman Azərbaycanın kişilərdən ibarət milli komandanın baş məşqçisi kimi fəaliyyətini davam etdirəcək.