Millimizin 5 üzvü olimpiadaya lisenziya yarışında iştirak edəcək

Millimizin 5 üzvü olimpiadaya lisenziya yarışında iştirak edəcək

Azərbaycan millisinin 5 ağırlıqqaldıranı Tailandın Puket şəhərində keçiriləcək Dünya Kubokunda yarışacaq.

Mediasport.az xəbər verir ki, Yay Olimpiya Oyunlarına lisenziya xarakterli birincilikdə ölkəmizi 4 kişi, 1 qadın idmançı təmsil edəcək.

Qadınlarda Nazilə İsmayılova (45 kq), kişilərdə İsa Rüstəmov, Ömər Cavadov (hər ikisi 73 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (109 kq) mübarizə aparacaqlar.

Dünya Kuboku 31 mart-11 aprel aralığında baş tutacaq.

Olimpiadaya vəsiqə verəcək son turnirdə 110 ölkədən 466 (235+231) atlet qüvvəsini sınayacaq.