"Murov" və "Xarı Bülbül" Yüksək Liqada finala vəsiqə qazandı

"Murov" və "Xarı Bülbül" Yüksək Liqada finala vəsiqə qazandı

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında finalçılar müəyyənləşib.

mediasport.az xəbər verir ki, həlledici qarşılaşmada "Murov" və "Xarı bülbül" komandaları görüşəcəklər.

Yarımfinal duellərində "Murov" MOİK-dən "quru hesab"la üstün olub - 3:0 (25:20, 25:15, 25:20). "Xarı Bülbül" isə gərgin matçda "Neftçi"yə 3:2 (25:19, 18:25, 25:27, 25:19, 15:9) hesabı ilə qalib gəlib.

Bu mərhələdə məğlub olan komandalar bürünc medal uğrunda görüşdə qarşılaşacaqlar.