Musa Qurbanlının komandası qələbə ilə liderlərə bir az da yaxınlaşdı

Musa Qurbanlının komandası qələbə ilə liderlərə bir az da yaxınlaşdı

Futbol üzrə İsveç çempionatında 16-cı turun oyunları keçirilir.

MediaSport.az xəbər verir ki, Musa Qurbanlının komandası "Yurqorden" doğma meydanda medallara iddialı "Malmö" ilə görüşüb.

Matç Stokholm təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0. Xal ehtiyatını 30-a çatdıran "Yurqorden" liderlərə bir qədər də yaxınlaşıb. Komanda qələbə sayəsində 4-cü pilləyə yüksəlib.

Qeyd edək ki, milli komandamızın futbolçusu işçi vizası ala bilmədiyi üçün matçda iştirak etməyib.