Naxçıvanda "Muxtariyyət Kuboku" uğrunda birincilik keçiriləcək

Naxçıvanda "Muxtariyyət Kuboku" uğrunda birincilik keçiriləcək

Naxçıvanda yeniyetmə qızlar arasında voleybol üzrə "Muxtariyyət Kuboku" uğrunda birincilik keçiriləcək.

Mediasport.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının dəstəyi ilə baş tutacaq yarışda U-16 Azərbaycan millisi, Gəncə, Sumqayıt, Tovuz, Şərqi Zəngəzur Regional voleybol klublarının, Türkiyənin Əskişəhər və İğdır şəhərlərinin komandaları və Naxçıvan yığması iştirak edəcək.

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan yarış 4-7 sentyabrda baş tutacaq və birinciliyə Naxçıvandakı İlham Əliyev adına Olimpiya İdman Kompleksi ev sahibliyi edəcək.