Dünya çempionundan dünya çempionuna maraqlı paylaşım

Dünya çempionundan dünya çempionuna maraqlı paylaşım

Azərbaycanın sabiq cüdoçusu, gənclərdən ibarə cüdo millimizin baş məşqçisi Elxan Məmmədov Hidayət Heydərovla bağlı maraqlı paylaşım edib. 

Mediasport.az xəbər verir ki, o, ötən gün dünya çempionu olan idmançımızla fotosunu paylaşaraq "Azərbaycanın ilk və sonuncu dünya çempionu" cümləsini yazıb.

Xatırladaq ki, Hidayət Heydərov Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən DÇ-nin finalında yaponiyalı Tatsuki İşiharaya qalib gələrək Azərbaycana 11 ildən sonra qızıl medal  qazandırıb.

Onadək ölkəmizin ilk və yeganə dünya çempionu məhz Elxan Məmmədov idi. O, 2013-cü ildə Braziliyada Azərbaycan himnini səsləndirmişdi.