"Neftçi" - "Jelezniçar" oyununa nə qədər bilet satılıb? - AÇIQLAMA
!["Neftçi" - "Jelezniçar" oyununa nə qədər bilet satılıb? - AÇIQLAMA](https://mediasport.az/uploads/images/202307/image_750x_64c7898d677b9.jpg)
Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində Bakıda keçiriləcək "Neftçi" - "Jelezniçar" (Bosniya və Herseqovina) qarşılaşmasına bilet satışı davam edir.
Klubdan MediaSport.az saytına verilən məlumata görə, duel üçün satışa təxminən 8 min bilet çıxarılıb.
Bu günə qədər 4 min 500-dək bilet satılıb. Oyuna 3 gün qaldığını nəzərə alsaq, bütün biletlərin satılacağını proqnozlaşdırmaq olar.
"Bakcell Arena"da keçiriləcək görüş avqusutn 3-də saat 21:00-da başlanacaq. İlk oyun 2:2 hesabı ilə nəticələnib.