Türkiyəli məşhur basketbolçu ABŞ klubunda debüt edib

Türkiyəli məşhur basketbolçu ABŞ klubunda debüt edib

Türkiyəli basketbolçu Cedi Osman NBA (“National Basketball Association” – Milli Basketbol Assosiasiyası) təmsilçisi “San Antonio Spurs”da debüt edib.

Mediasport.az xəbər verir ki, Osmanın komandası yoldaşlıq görüşündə “Oklahoma Siti”yə uduzub (121-122).

Yayda ABŞ klubuna keçən türkiyəli qarşılaşmada 18 dəqiqə forma şansı əldə edib və 7 xal, 4 ribaund, 2 məhsuldar ötürmə ilə yadda qalıb.