"Neftçi"dən tarixi antirekord

"Neftçi"dən tarixi antirekord

"Neftçi" Azərbaycan Premyer Liqasının 7-ci turunda "Qarabağ"a uduzub (0:4) və tarixinin antirekorduna imza atıb.

Mediasport.az xəbər verir ki, paytaxt təmsilçisi Azərbaycan çempionatlarında startda ən uzun qələbəsiz seriyasını rəsmiləşdirib

"Ağ-qaralar"ın buna qədər mövsümün əvvəlindəki ən uzun qələbəsiz seriyası 2017/18 mövsümünə təsadüf edib.

Həmin vaxt ardıcıl 6 start oyununda qalib gəlməyən "bakılılar" seriyasını 7-ci cəhddə sona çatdırıb.

Roman Qriqorçukun komandası cari mövsüm Premyer Liqada 7 turdan sonra 4 xal toplayıb.