Azərbaycan klubu Mario Balotellini transfer edir? - Meneceri AÇIQLADI

Azərbaycan klubu Mario Balotellini transfer edir? - Meneceri AÇIQLADI

"Çoxları mənimlə əlaqə saxlayır. Mario İtaliyaya qayıtmaq istəyir. Bu onun üçün arzudur. Mənə isə İsrail, Azərbaycan, Argentina, Braziliya və Çindən zəng edirlər".

Mediasport.az xəbər verir ki, bu sözləri futbol üzrə İtaliya yığmasının sabiq forvardı Mario Balotellinin meneceri Enso Rayola ölkəsinin mətbuatına açıqlamasında deyib.

Hazırda Türkiyə klubu "Adana Dəmirspor"da forma geyinin 33 yaşlı hücumçunun qış "transfer pəncərəsi"ndə komandadan ayrılması gözlənilir.

"Super Mario" ləqəbli Balotelli karyerası ərzində İtaliyanın "İnter", "Milan", "Monsa", İngiltərənin "Liverpul", "Mançester Siti", Fransanın "Nitsa", "Olimpik" (Marsel) kimi klublarında forma geyinib.