"NTD-İndiqo"dan səfər qələbəsi

  "NTD-İndiqo"dan səfər qələbəsi

Azərbaycan Basketbol Liqasında (ABL) 17-ci turun qarşılaşmaları davam edir.

Mediasport.az xəbər verir ki, dördüncü oyun günündə "NTD-İndiqo" səfərdə "Cəlilabad"ı məğlub edib - 108:87.

Buna qədər baş tutan görüşlərdə "Sərhədçi" "Xəzri"ni (98-70), "Xırdalan" "Neftçi"ni (114-109), "Sabah" "Sumqayıt"ı (93:73) məğlub edib.

Azərbaycan Basketbol Liqası. 17-ci tur

13 aprel

"Cəlilabad" - "NTD-İndiqo" 87:108

Cəlilabad Olimpiya İdman Kompleksi, 14:00.