Okan Buruk Super Kubokun finalı haqda danışdı: "Bakıda keçirilsə..."
Türkiyə mətbuatında Super Kubok matçının Azərbaycanda keçiriləcəyinə dair xəbərlər yayılıb.
MediaSport.az xəbər verir ki, məsələ ilə bağlı finalçılardan "Qalatasaray"ın baş məşqçisi Okan Buruk açıqlama verib.
49 yaşlı mütəxəssis xəbəri müsbət qarşılayıb. Bildirib ki, Azərbaycana məmnuniyyətlə gələ bilərlər: "Doğrudur, finalın harada keçiriləcəyi hələ məlum deyil. Lakin Bakıda olarsa, sevə-sevə gedər və orada bir Super Kubok sevinci yaşamaq istəyərik".
Qeyd edək ki, Türkiyə Super Kuboku uğrunda görüşdə "cim-bom" "Fənərbağça" ilə qarşılaşacaq. Türkiyə Futbol Federasiyası (TFF) oyunun qış fasiləsində baş tutacağını açıqlayıb.