Nazir Fərid Qayıbov federasiyaların nümayəndələri ilə görüş keçirdi

Nazir Fərid Qayıbov federasiyaların nümayəndələri ilə görüş keçirdi

Gənclər və idman naziri Fərid Qayıbov Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə görüş keçirib.

mediasport.az xəbər verir ki, nazir Milli Gimnastika Arenasında baş tutan toplantıda son vaxtlar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb, görüşün məqsədi barədə məlumat verib.

Görüşün gündəliyinə əsasən, "Goal+" layihəsinin təqdimatı, idman sahəsində vergi güzəştləri və azadolmaları ilə bağlı məlumat verilib. Həmçinin III Avropa Oyunlarına və XXXI Ümumdünya Yay Universiadasına, ölkəmizdə keçiriləcək atıcılıq idman növü üzrə dünya çempionatına hazırlıq və digər məsələlər müzakirə olunub.