Azərbaycan komandasının paralimpiada üçün heyəti açıqlandı

 Azərbaycan komandasının paralimpiada üçün heyəti açıqlandı

Azərbaycan komandasının Paris-2024 Yay Paralimpiya Oyunları üçün heyəti açıqlanıb.

Mediasport.az xəbər verir ki, ölkəmiz mötəbər yarışda ilk dəfə 7 idman növündə təmsil olunacaq.

Azərbaycanın 18 idmançısı medallar uğrunda mübarizə aparacaq.

Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək Fransanın paytaxtı Parisdə keçiriləcək.


Paraatletika

Oloxan Musayev (nüvə itələmə)

Rüfət Rəfiyev (nüvə itələmə)

Lamiyə Vəliyeva (qaçış)

Səid Nəcəfzadə (uzunluğa tullanma)

Orxan Aslanov (uzunluğa tullanma)

Paraüzgüçülük

Raman Saley

Vəli İsrafilov

Könül Süleymanova

Parataekvondo

Sabir Zeynalov

İmaməddin Xəlilov

Əbülfəz Abuzərli

Paracüdo

İlham Zəkiyev

Dürsədəf Kərimova

Xatirə İsmiyeva

Paraatıcılıq

Kamran Zeynalov

Aybəniz Babayeva

Parakamandan oxatma

Cahan Musayev

Parapauerliftinq

Ceyhun Mahmudov