Klub sahibinin Azərbaycandan çıxışına QADAĞA QOYULDU!

Klub sahibinin Azərbaycandan çıxışına QADAĞA QOYULDU!

Azərbaycanda klub sahibi xüsusi icraat qaydasında məhkəməyə verilib.

Mediasport.az xəbər verir ki, “Xarı-Bülbül”ün yaradıcısı İlqar İmamquliyevin dövlətə vergi borcları yaranıb.

Sahibkar özünə məxsus “İlazero” MMC və “Xarı-Bülbül” Voleybol Klubu MMC-nin vergilərini dövlət büdcəsinə, DSMF və digər fondlara ödəmədiyindən 5000 manatadək borc yaranıb.

Dövlət Vergi Xidmətinin Bakı şəhəri kiçik Sahibkarlıqla İş Üzrə Baş İdarəsi iş adamını məhkəməyə verib.

Dövlət qurumu məhkəməyə müraciətində İ.İmamquliyevin ölkədən çıxışına qadağa qoyulmasını xahiş edib.

İşə Bakı Kommersiya Məhkəməsində baxılacaq.