Fransada keçirilən Yay Olimpiya Oyunları qalmaqalla start götürdü
Rsəmi açılış mərasimi iyulun 26-da keçiriləcək Yay Olimpiya Oyunlarında yarışlara artıq start verilib.
Mediasport.az xəbər verir ki, Fransanın paytaxtı Parisin ev sahibliyi etdiyi 4-illiyin zirvə yarışı böyük qalmaqalla başlanıb.
Olimpiadanın futbol görüşləri çərçivəsində B qrupunda reallaşan Argentina - Mərakeş qarşılaşmasında xoşagəlməz hadisələr yaşanıb.
Cənubi Amerikalılar əsas vaxta əlavə edilmiş 16-cı dəqiqədə bərabərlik topunu vurublar və qol qeydə alınaraq matç yekunlaşıb.
Daha sonra epizodu VAR-da yenidən incələyən hakimlər qolu silərək Mərakeş futbolçunun qələbəsini rəsmiləşdiriblər.
Bu zaman azarkeşlər meydana daxil olaraq futbolçuları vurmağa, yad əşyalar atmağa başlayıblar.
Görüş tamamlanmamış dayandırılıb və oyun 2 saatdan sonra boş tribunalar qarşısında başa çatdırılıb.
Paris-2024-ün ilk oyun günündə ümumilikdə A, B, C və D qruplarında 8 duel baş tutub.
Növbəti turun matçları iyulun 27-də oynanılacaq.
Paris-2024 Yay Olimpiya Oyunları. Qrup mərhələsi. 1-ci tur
Argentina - Mərakeş 1:2
İraq - Ukrayna 2:1
Özbəkistan - İspaniya 1:2
Misir - Dominikan Respublikası 0:0
Qvineya - Yeni Zelandiya 1:2
Yaponiya - Paraqvay 5:0
Fransa - ABŞ 3:0
Mali - İsrail 1:1