Paris-2024: Azərbaycanın daha dörd təmsilçisi mübarizə aparacaq

 Paris-2024: Azərbaycanın daha dörd təmsilçisi mübarizə aparacaq

Fransanın paytaxtı parisdə keçirilən XXXIII yay Olimpiya Oyunları davam edir.

Mediasport.az xəbər verir ki, bu gün Azərbaycanın daha dörd təmsilçisi mübarizə aparacaq.

Yunan-Roma güləşçilərimiz - Həsrət Cəfərov (67 kq) və Rafiq Hüseynov (87 kq) saat 13:00-dan etibarən 1/8 final görüşlərinə start verəcək. Cəfərov misirli Məhəmməd Elsayed, Hüseynov macarıstanlı David Losonçi ilə görüşəcək.

Taekvondoçumuz Qaşım Maqomedov dayanq üzərinə çıxacaq. 58 kq çəki dərəcəsində yarışan idmançımız Bakı vaxtilə saat 13:48-də 1/8 finalda irlandiyalı Cek Uolleylə üz-üzə gələcək.

77 kq çəkidə mübarizə aparan Sənan Süleymanov 20:15-də başlanacaq medal görüşlərində "bürünc" uğrunda qüvvəsini sınayacaq. Təmsilçimizin rəqibinin adına təsəlliverici görüşlərdən sonra aydınlıq gələcək.

Xatırladaq ki, Azərbaycanın 48 idmançı ilə yollandığı Paris-2024 avqustun 11-də başa çatacaq.

İdmançılarımızdan indiyədək cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar, boksçumuz Loren Alfonso Dominges (92 kq) isə finala çıxdığı üçün minimum gümüş medalı təmin edib.