Fransada 2-ci olan parataekvondo milli komandamız Vətənə dönüb

Fransada 2-ci olan parataekvondo milli komandamız Vətənə dönüb

Fransanın paytaxtı Paris şəhərində təşkil edilən Yay Paralimpiya Oyunlarında 1 qızıl və 1 bürünc qazanaraq ikinci olan parataekvondo üzrə Azərbaycan milli komandası Vətənə dönüb.

Mediasport.az xəbər verir ki, idmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Paralimpiya Komitəsinin nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

Turnirdə 3 parataekvondoçu ilə təmsil olunan yığmanın üzvləri ümumilikdə 2 medal qazanıblar.

İmaməddin Xəlilov (K44, 70 kiloqram) çempion olub, Sabir Zeynalov (K44, 58 kiloqram) bürünc mükafat əldə edib.

52 yığmanın mübarizə apardığı Azərbaycan millisi yekun sıralamada yalnız Türkiyə seçməsindən geri qalıb.