Paralimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri olacaq

Paralimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri olacaq

Gələn ilin yayında Fransanın paytaxtı Parisdə keçiriləcək 17-ci Yay Paralimpiya Oyunlarına yollanacaq Azərbaycan nümayəndə heyətinin rəhbəri məlum olub.

mediasport.az xəbər verir ki, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun müvafiq əmri ilə qurumun beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri Rüfət Hacılı bu vəzifəyə təyin edilib.

"Paris-2024" 28 avqust-8 sentyabr tarixlərində baş tutacaq.