Paris-2024: Azərbaycan idmançısı ikinci dəfə finala yüksəldi

Paris-2024: Azərbaycan idmançısı ikinci dəfə finala yüksəldi

Azərbaycanın paraüzgüçüsü Raman Saley Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında növbəti dəfə finala yüksəlib.

Mediasport.az xəbər verir ki, S12 kateqoriyasında yarışan idmançı 100 metr məsafəyə sərbəst üsulla üzmədə 54.21 saniyə ilə 15 idmançı arasında 4-cü olub.

Final bu axşam Bakı vaxtı ilə 19:30-da başlayacaq.

Xatırladaq ki, Saley 100 metr məsafəyə arxasıüstə üzmək yarışlarında gümüş medala sahib çıxıb.