Paris-2024: Azərbaycan olimpiyaçılarının yarış PROQRAMı

Paris-2024: Azərbaycan olimpiyaçılarının yarış PROQRAMı

Fransanın paytaxtı Parisdə XXXIII Yay Olimpiya Oyunları davam edir.

Mediasport.az xəbər verir ki, bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol komandası növbəti görüşlərini keçirəcək.

Həmçinin, idmançılarımız fərdi yarışlarda mübarizə aparacaqlar.

Saat 11:30 - 3x3 basketbol komandamız Avstraliya, 19:30-da isə Çin yığmasıa ilə qarşılaşacaq.

Saat 12:00 - 100 kq-dan yuxarı çəkidə mübarizə aparan cüdoçumuz Uşangi Kokauri 1/16 finalda Rafael Silva (Braziliya) ilə güləşəcək.

Saat 14:00 - Batut gimnastikası üzrə millimizin üzvü Selcan Mahsudova təsnifat mərhələsində mübarizəyə başlayacaq.

Saat 19:22 - Boksçumuz Murad Allahverdiyev (80 kq) 1/4 finalda qazaxıstanlı Nurbek Oralbayla üz-üzə gələcək.

Xatırladaq ki, Azərbaycan Parisə 48 idmançı ilə yollanıb.

Ölkəmiz avqustun 11-də başa çatacaq olimpiadada hələlik 3 medalı təmin edib. Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar.

Boksçumuz Alfonso Dominges (92 kq) isə yarımfinala çıxdığı üçün minimum bürünc medalı qarantiləyib.