Azərbaycanın daha bir cüdoçusu Olimpiya çempionu oldu!

 Azərbaycanın daha bir cüdoçusu Olimpiya çempionu oldu!

Azərbaycanın daha bir cüdoçusu Paris-2024 XXXIII Yay Olimpiya Oyunlarının qalibi olub.

Mediasport.az xəbər verir ki, finala qədər uğurla addımlayan Zelim Kotsoyev (100 kq) qızıl medal uğrunda görüşdə İlia Sulamanidzeni də sıradan çıxarıb.

Əzmkarlıq göstərən dünya çempionumuz hesabda geri düşsə də, sonda gürcü rəqibini məğlub etməyi bacarıb 

Xatırladaq ki, əvvəlki günlərdə Azərbaycan cüdoçularından Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Balabəy Ağayev (60 kq), Yaşar Nəcəfov (66 kq), Zelim Çkayev (81 kq) və Elcan Hacıyev (90 kq) uğursuz çıxış ediblər.

Yalnız 73 kq çəkidə Hidayət Heydərov (73 kq) qızıl medal qazanmışdı.

Ölkəmiz Parisə 9 cüdoçu ilə yollanıb.