Bu gün Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

Bu gün Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

Bu gün Fransanın paytaxtı Parisdə XXXIII Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.

Mediasport.az xəbər verir ki, 4-illiyin ən möhtəşəm yarışının təntənəli açılışı ilk dəfə stadiondan kənarda - Sena çayının sahilində baş tutacaq.

Sena çayı boyunca 6 kilometrlik marşrutda 12 bədii səhnə, Fransanın irsi, Paris, şəhərin abidələri və körpülər nümayiş etdiriləcək.

Həmçinin, 10 500 idmançı Parisin mərkəzindən qayıqlarla Sena çayı boyunca üzəcək.

Açılış mərasimi Bakı vaxtı ilə 21:30-da başlanacaq.

Paradda Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyacaqlar.

Xatırladaq ki, ölkəmiz Olimpiya Oyunlarında 48 idmançı ilə 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.