PFL üçün 4 loqo, 1 seçim - FOTO
Peşəkar Futbol Liqasının (PFL) yeni loqotip dizaynı müsabiqəsi üçün 100-dən çox müraciət olub.
MediaSport.az xəbər verir ki, bu səbəbdən elan edildiyi kimi 3 yox, 4 loqo seçilib.
Loqolar PFL-in sosial şəbəkə hesablarında yerləşdiriləcək və izləyicilər şərh hissəsində bəyəndikləri loqonun nömrəsini qeyd etməklə fikirlərini bildirəcəklər. İctimaiyyətin də münasibətini öyrəndikdən sonra qurum bu 4 loqo arasından seçim edəcək.
Şərhlərin qeyd olunması üçün son tarix oktyabrın 12-si saat 23.59-dur.