"Yolumuz Bakıya doğrudur" - "Braqa" "Qarabağ"dan paylaşdı

"Yolumuz Bakıya doğrudur" -  "Braqa" "Qarabağ"dan paylaşdı

UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"a rəqib düşən Portuqaliyanın "Braqa" klubu püşkün nəticəsi ilə bağlı paylaşım edib.

Mediasport.az xəbər verir ki, komandanın sosial şəbəkə hesablarında "Yolumuz Bakıya doğrudur, pley-offdakı rəqibimiz "Qarabağ"dır" statusu paylaşılıb.

Qeyd edək ki, bu komandalar arasında ilk duel 2024-cü il fevralın 15-də Portuqaliyada, 1 həftə sonra Bakıda keçiriləcək.