Bakıda “Red Bull Car Park Drift” yarışının milli finalı keçiriləcək

Bakıda “Red Bull Car Park Drift” yarışının milli finalı keçiriləcək

İyunun 9-da Dənizkənarı bulvarda dünyanın ən həyəcanlı drift yarışlarından “Red Bull Car Park Drift”in Azərbaycan üzrə milli finalı keçiriləcək.

Mediasport.az xəbər verir ki, Azərbaycan Avtomobil Federasiyası (AAF), “Red Bull” şirkəti və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə baş tutacaq.

Özünəməxsus sərt qaydalarla zəngin olan “Red Bull Car Park Drift” yarışında ən bacarıqlı 16 iştirakçı milli final mərhələsinə yüksələcək.

Burada isə beynəlxalq münsiflər heyəti maneələri ustalıqla keçən və ən yaxşı drift göstərən iştirakçını qalib elan edəcək.

Seçiləcək qalib Omanda  25 ölkənin qatılacağı “Red Bull Car Park Drift”in dünya finalında Azərbaycanı təmsil edəcək. 

2012-ci ildə Əbu-Dabidə ən uzun drift edərək adını “Ginnesin Rekordlar Kitabı”na yazdıran dünya şöhrətli Abdo Feqali də yarışda iştirak edənlərə dəstək olmaq üçün növbəti dəfə Bakıya gələcək.

Biletləri iTicket.az saytından və ya şəhərin kassalarında əldə etmək mümkündür.