Prezident İlham Əliyev və ailəsi "Formula 1" yarışını izlədi - FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən "Formula 1" üzrə Dünya çempionatı yarışını izləyiblər.
mediasport.az xəbər verir ki, əvvəlcə Qran-prinin açılış mərasimi keçirilib.
Açılış mərasimində Azərbaycanın Dövlət Himnini ölkəmizi “Eurovision-2018” mahnı müsabiqəsində təmsil etmiş Aysel Məmmədova ifa edib.
Açılış mərasimindən sonra "Formula 1" Azərbaycan Qran-prisinin əsas yarışı başlayıb.
Yarışın qalibi adını "Red Bull"un pilotu Serxio Peres qazanıb. Onun komanda yoldaşı Maks Ferstappen ikinci, "Ferrari"dən Şarl Lekler üçüncü yeri tutub.
"Aston Martin"dən Fernando Alonso dördüncü, "Ferrari"nin digər sürücüsü Karlos Sayns beşinci olub. 7 qat Dünya çempionu, "Mercedes"də çıxış edən Lüis Hemilton Qran-prini altıncı sırada başa vurub.