"Prezident Kuboku"nun püşkü atılacaq
Çövkən milli atüstü oyunu üzrə növbəti "Prezident Kuboku" keçiriləcək.
Mediasport.az xəbər verir ki, turnir Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə baş tutacaq. Yarışın Binə Atçılıq Mərkəzinin qapalı manejində keçirilməsi nəzərdə tutulub.
Turnirdə Ağstafa və Ağcabədi rayonlarını təmsil edən klublar, eyni zamanda, Bakıdan 6 komanda iştirak edəcək. Ümumilikdə 8 komandanın qatılacağı yarışlarda 2 qrupda heyətlər mübarizə aparacaqlar.
Qrup oyunları dekabrın 15-i, 17-si, 19-u, yarımfinal 21-i, final isə 23-də olacaq. Qrupu 1-ci və 2-ci yerdə bitirəcək komandalar yarımfinala vəsiqə qazanacaqlar. Oyunların hamısı 10:00-da start götürəcək.
Turnirin püşkatması və mətbuat konfransı 14 dekabr, 12:00-da "Sərhədçi" İdman Mərkəzində təşkil olunacaq.