Azərbaycan çempionunun rəqibləri müəyyənləşib - PÜŞK atılıb

Azərbaycan çempionunun rəqibləri müəyyənləşib - PÜŞK atılıb

Futbol üzrə UEFA Regionlar Kubokunda 2024/2025-ci illər mövsümünün püşkü atılıb.

Mediasport.az xəbər verir ki, Azərbaycanı təmsil edəcək komandanın ilk mərhələdəki rəqibləri müəyyənləşib.

2023/2024-cü illər mövsümündə Azərbaycan çempionu olacaq klub B qrupunda Gürcüstan və İsveç təmsilçiləri ilə qarşılaşacaq. Mərhələnin matçları gələn ilin iyulun 31-nədək keçiriləcək.

Qrup qalibi əsas raundda İrlandiya, İsveçrə və Şimali İrlandiya klubları ilə üz-üzə gələcək və bu mərhələnin oyunları 2024-cü il dekabrın 6-nadək baş tutacaq.