Yığma Bakıda ilk dəfə keçiriləcək Dünya Kubokuna hazırlaşır

Yığma Bakıda ilk dəfə keçiriləcək Dünya Kubokuna hazırlaşır

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Bakıda ilk dəfə keçiriləcək Dünya Kuboku üçün növbəti məşqinə çıxıb.

mediasport.az xəbər verir ki, hazırlıq prosesi jurnalistlər üçün açıq keçirilib.

Məşqdə milli komandamızın Dünya Kubokuna qatılacaq bütün üzvləri iştirak ediblər.

Yarış 5-6 noyabrda Bakı İdman Sarayında təşkil ediləcək.