"Qalatasaray"ın futbol direktorunun Bayılda "Səbail" - "Qarabağ" oyununu izləməsinin ƏSL SƏBƏBi

"Qalatasaray"ın futbol direktorunun Bayılda "Səbail" - "Qarabağ" oyununu izləməsinin ƏSL SƏBƏBi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 21-ci tura Bayılda start verilib.

Hazırda davam edən "Səbail" - "Qarabağ" görüşünü izləyənlər arasında "Qalatasaray" klubunun futbol direktoru Cenk Ergün də var.

Mətbutada yayılan xəbərlərə görə, Superliqa nəhənginin rəsmisi Ağdam klubunun futbolçuları Toral Bayramovla Elvin Cəfərquliyevi iş başında izləmək üçün gəlib.

Lakin Mediasport.az saytının əldə etdiyi məlumata görə, Cenk Ergünün arenaya gəlməsi heç də adıçəkilən futbolçularla əlaqəli deyil.

Klub rəsmisi bir neçə gündür ailəsilə birlikdə Bakıya qonaq gəlib. Ergün Bayılda görüşü də məhz ailə üzvlərilə izləyir.

Əlavə edək ki, iki klub arasında dostluq münasibətləri mövcuddur. Yəni, Cenk Ergünün arenada olması dostluqdan dolayı istirahət xarakteri daşıyır.