"Qəbələ" Çempionlar Liqasında mübarizəni dayandırıb
Bu gün "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.
Mediasport.az xəbər verir ki, "qırmızı-qaralar" turnirin II mərhələsində Yunanıstanda "Olimpiakos"un qonağı olub. Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra təmsilçimiz mübarizəni dayandırıb.
Qeyd edək ki, "Qəbələ" ilk oyunda Pirey təmsilçisinə doğma meydanda 0:3 hesabıyla məğlub olmuşdu.