Azərbaycan yığma komandası Çexiya millisi ilə qarşılaşacaq

Azərbaycan yığma komandası Çexiya millisi ilə qarşılaşacaq

Azərbaycanın futzal millisi AVRO-2026-nın əsas mərhələsinə hazırlıq məqsədi ilə 2 beynəlxalq yoldaşlıq oyunu keçirəcək.

Mediasport.az xəbər verir ki, komanda sentyabrın 19-da və 20-də Çexiya yığması ilə gücünü sınayacaq.

Hər iki oyun Jilina şəhərində keçiriləcək.

Qeyd edək ki, millimiz Avropa çempionatının əsas mərhələsində İsveç, Xorvatiya və Yunanıstanla qarşılaşacaq.