Qarabağ qaziləri İsveçrə Qran-prisində mübarizə aparacaqlar - FOTO

Qarabağ qaziləri İsveçrə Qran-prisində mübarizə aparacaqlar - FOTO

Qarabağ qaziləri İsveçrə Qran-prisində iştirak edəcəklər.

mediasport.az xəbər verir ki, atletika idman növü üzrə milli komandamızın üzvləri, Qarabağ qaziləri Ömər Bozbaxov və Ramiz Sadıqlı İsveçrənin Notvil şəhərində keçiriləcək Qran-pridə mübarizə aparacaq.

Hər iki təmsilçimiz Beynəlxalq Paralimpiya Komitəsinin qaydalarına uyğun olaraq idmançılar üçün təşkil edilmiş tibbi təsnifatdan uğurla keçib. Ömər Bozbaxov (F57) və Ramiz Sadıqlı (F57) nüvə itələmə növündə iştirak edəcəklər.

Qran-pri cari ilin iyul ayında Fransanın paytaxtı Parisdə təşkil olunacaq Dünya çempionatına lisenziya qazandırır. Komandanın digər üzvü, Qarabağ qazisi Rasim Yaxin daha öncə Dünya çempionatında iştirakını təmin edib.