Tovuz klubu Gəncədə keçirilən turnirin çempionu olub - FOTOLAR

Tovuz klubu Gəncədə keçirilən turnirin çempionu olub - FOTOLAR

"Turan Tovuz"un U-10 komandası Gəncə şəhərində Azərbaycan Respublikasının Əməkdar məşqçisi Konstantin Abramenkonun 100 illik yubileyinə həsr olunmuş futbol turnirin qalibi olub. 

Mediasport.az xəbər verir ki, qərb bölgəsmi təmsilçisi ilk oyunda Gəncə təmsilçisi "Lokomotiv" üzərində 3:2 hesabı ilə qələbə qazanıb.

Finalda isə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edən tovuzlular turnirin baş mükafatına sahib olublar.