"Qarabağ" - "Bayer" oyununa 1 həftə qalmış 15 min bilet satılıb, alman azarekşlər də gələcəklər

"Qarabağ" - "Bayer" oyununa 1 həftə qalmış 15 min bilet satılıb, alman azarekşlər də gələcəklər

Noyabrın 9-da UEFA Avropa Liqası qrup mərhələsinin 4-cü turu çərçivəsində Bakıda "Bayer"i qəbul edəcək "Qarabağ"ın Almaniya nəhəngi ilə oyununa satılmış biletlərin sayı açıqlanıb.

Ağdam klubundan Mediasport.az saytına verilən məlumata görə, artıq 15 min bilet satılıb.

Matçın keçiriləcəyinə bir həftə qalsa da, Leverkuzen təmsilçisi ilə duelə maraq kifayət qədər böyükdür. Almaniya tərəfinin müraciətinə əsasən, rəqib üçün də 200-ə qədər bilet ayrılıb.

Klubdan bildirilib ki, stadionun tam dolacağı proqnozlaşdırılır.

Qeyd edək ki, qarşılaşmanın baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunun azarkeş tutumu 31 min 200 nəfərdir.

“Qarabağ” - “Bayer” oyunu saat 21:45-də başlanacaq.

Şabi Alonsonun komandası qrupda 3 matçdan sonra 9 xalla liderdir, Azərbaycan çempionu 2 qələbə və 1 məğlubiyyətdən sonra 6 xalla ikincidir.