Qazaxıstan və Türkiyə yığmaları qruplarında liderdir - AÇ-2024

Qazaxıstan və Türkiyə yığmaları qruplarında liderdir - AÇ-2024

Futbol üzrə AÇ-2024-ün seçmə qup mərhələsində 4-cü tura start verilib.

MediaSport.az xəbər verir ki, ümumilikdə 5 qrupda 12 matç oynanılıb.

Türkiyə millisi öz meydanında Uelsə qalib gələrək liderliyini davam etdirib. Səfərdə Şimali İrlandiya yığmasına qalib gələn Qazaxıstan futboçuları liderliyə yüksəlməklə Finlandiya seçməsinə şərik olublar.


AÇ-2024. Seçmə qrup mərhələsi. 4-cü tur


B qrupu

Fransa – Yunanıstan 1:0

Qol: Kilian Mbappe, 55-pen.

İrlandiya - Cəbəllütariq 3:0

Qollar: Maykl Conston, 53, Evan Ferqyuson, 59, Adam İdah, 90+2.

Xal durumu: Fransa - 12 (4 oyuna), Yunanıstan – 6 (3), İrlandiya – 3 (3), Niderland – 3 (2), Cəbəllütariq – 0 (4)


C qrupu

Ukrayna – Malta 1:0

Qol: Viktor Tsiqankov, 72.

İngiltərə - Şimali Makedoniya 7:0

Qollar: Harri Keyn, 29, 73 (pen.), Bukayo Saka, 39, 47, 51, Markus Reşford, 45, Kalvin Fillips, 64.

Xal durumu: İngiltərə - 12 (4 oyuna), Ukrayna – 6 (3), İtaliya – 3 (2), Şimali Makedoniya – 3 (3), Malta – 0 (4)


D qrupu

Ermənistan – Latviya 2:1

Qollar: Nair Tiknizyan, 35, Tiqran Barseqyan, 90+1-pen., - Styopa Mkrtçyan, 67-avtoqol.

Türkiyə - Uels 2:0

Qollar: Umut Nayir, 72, Arda Güler, 80.

Xal durumu: Türkiyə - 9 (4 oyuna), Ermənistan – 6 (3), Xorvatiya – 4 (2), Uels – 4 (4), Latviya – 0 (3)


H qrupu

Finlandiya - San-Marino 6:0

Qollar: Qlen Kamara, 16, Benjamin Kallman, 39, Daniel Hakans, 65, 72, 74, Teemu Pukki, 76.

Sloveniya – Danimarka 1:1

Qollar: Andraz Sporar, 25 - Rasmus Hoylund, 42.

Şimali İrlandiya – Qazaxıstan 0:1

Qol: Abat Aymbetov, 88.

Xal durumu: Finlandiya – 9 xal, Qazaxıstan – 9, Danimarka – 7, Sloveniya – 7, Şimali İrlandiya – 3, San-Marino - 0


I qrupu

İsveçrə - Rumıniya 2:2

Qollar: Zeki Amduni, 28, 41 - Valentin Mixaila, 89, 90+2.

İsrail – Andorra 2:1

Qollar: Raz Şlomo, 42, Manor Solomon, 61 - Berto Rosas, 52.

Belarus – Kosovo 2:1

Qollar: Vladislav Morozov, 73, Maks Ebonq, 75 - Vedat Murigi, 87-pen.

Xal durumu: İsveçrə - 10, Rumıniya – 8, İsrail – 7, Belarus – 3, Kosovo, 3, Andorra – 1.