"Zenit"də heyətə düşə bilmir, "Qarabağ" və "Neftçi" onu istəyir?
Qazaxıstan milli komandasının müdafiəçisi Nuralı Alip karyerasını ölkəmizdə davam etdirə bilər.
mediasport.az xəbər verir ki, "Zenit"in 22 yaşlı futbolçusunun xidmətində Azərbaycan klubları maraqlıdır.
Rusiya mətbuatının yazdığına inansaq, Sankt-Peterburq təmsilçisində əsas heyətə düşə bilməyən Alip Azərbaycan variantına isti yanaşır.
Rusiyalı həmkarlarımızın iddiasına görə, müdafiəçini heyətinə qatmaq istəyən klublarımız “Neftçi” və “Qarabağ”dır.