Tarixdə ilk dəfə çempion oldu
Futbol üzrə Polşa çempionatında 2022/2023-cü illər mövsümünün qalibi müəyyənləşib.
mediasport.az xəbər verir ki, “Rakuv” ən yaxın izləyicisi “Legiya”nın 31-ci turda xal itkisindən maksimum yararlanaraq tarixində ilk dəfə ölkə çempionu adını qazanıb.
Çestoxova təmsilçisi 71 xalla liderdir və Varşava klubunu 11 xal qabaqlayır.
"Rakuv" yüksək liqaya 2019/2020-ci illər mövsümündə vəsiqə qazanıb.