Qılıncoynadanlarımız Avropa çempionatında fiaskoya uğradı

Qılıncoynadanlarımız Avropa çempionatında fiaskoya uğradı

Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən yeniyetmə və gənclərin Avropa çempionatının ikinci yarış günündə yeniyetmə qız şpaqaçılar və yeniyetmə oğlan sablyaçıların şəxsi yarışında qaliblər müəyyənləşib.

mediasport.az xəbər verir ki, Azərbaycan idmançıları fiaskoya uğrayıblar.

Yeniyetmə qız şpaqaçıların şəxsi yarışında Xədicə Həsənli, Nəzrin Mehdiyeva, Xatun Bayramova və Aynur Quliyeva pley-offa yüksələ bilməyib. Eyni uğursuzluğu yeniyetmə oğlan sablyaçıların şəxsi yarışında Rəsul Əliyev, Nahid Məmmədli, Abbas Hüseynov və Timur Husnaddinov da yaşayıb.