Millimiz darmadağın edildi!

Millimiz darmadağın edildi!

19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

MediaSport.az xəbər verir ki, yığmamız Xorvatiyanın Poreç şəhərindəki “Veli Joze” stadionunda Kiprdən olan həmkarları ilə qarşılaşıb. Komandamız ilk görüşdə olduğu kimi (Monteneqro, 1:2), bu dəfə də meydanı məğlub tərk edib. Hesab daha böyük olub - 0:4.


Azərbaycan (U-19) – Kipr (U-19) 0:4

Baş hakim: Marisca Overtoom (Niderland)

Baş hakimin köməkçiləri: Diana Snoeren (Niderland), İvona Pejic (Xorvatiya)

Dördüncü hakim: Jelena Kumer (Xorvatiya)