Könül Mehdiyeva ÇL-də "Roma"nın oyununu qiymətləndirəcək

Könül Mehdiyeva ÇL-də "Roma"nın oyununu qiymətləndirəcək

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, qurumun İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan yeni təyinat alıb.

MediaSport.az xəbər verir ki, Mehdiyeva qadınlar arasında Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində Çexiyada yerli “Sparta” (Praqa) ilə İtaliyanın “Roma” komandası arasında baş tutacaq oyunda UEFA nümayəndəsi olacaq.

Sentyabrın 21-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.