Rauf Məmmədov Çempionlar Turunun I divizionuna vəsiqə qazandı
Azərbaycan şahmatçısı Rauf Məmmədov norveçli Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Airthings Masters" mərhələsində I diviziona yüksəlib.
mediasport.az xəbər verir ki, 35 yaşlı qrossmeyster seçmə turnirdə 12 idmançı arasına düşərək pley-offda rusiyalı Yan Nepomnyaşiyə rəqib olub.
Rəqibinə 1,5:0,5 hesabı ilə qalib gələn Məmmədov I diviziona vəsiqə qazanıb. Onunla yanaşı hindistanlı Qukeş Dommaraku ilə Arcun Eriqaisi, İran əsilli Alireza Firuzca, rusiyalı Aleksey Sarana və ABŞ təmsilçisi Hikaru Nakamura da iştirak hüququ əldə edib.
ABŞ-ın digər şahmatçısı Uesli So və Maqnus Karlsen birbaşa əsas raunddan mübarizəyə start verəcək. Rauf Məmmədov fevralın 6-da ilk görüşünü məhz Uelsli Soya qarşı keçirəcək.
Yarış fevralın 10-da başa çatacaq.