"Regionlarda beynəlxalq yarışların təşkili çox əhəmiyyətlidir" - NAZİR

"Regionlarda beynəlxalq yarışların təşkili çox əhəmiyyətlidir" - NAZİR

"Regionlarımızda beynəlxalq yarışların təşkili uşaq futbolunun inkişafı baxımından çox əhəmiyyətlidir".

Mediasport.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Quba şəhərində 12 yaşadək futbolçular arasında keçirilən “Ulduz Cup” beynəlxalq turnirinin açılış mərasimindən sonra jurnalistlərə müsahibəsində deyib.

Nazir bildirib ki, Qubada idmanın inkişafı üçün dövlət tərəfindən möhtəşəm şərait yaradılıb:

“Quba Olimpiya Kompleksi yenidən qurulub. Müxtəlif idman növləri üzrə komandalar təlim-məşq toplanışı üçün buraya gəlirlər. İdman paytaxtımız olan Quba il ərzində müxtəlif beynəlxalq idman turnirləri və tədbirlərinə də ev sahibliyi edib. Sevindirici haldır ki, bu ildən Qubanın liqada öz komandası olacaq. Onlara uğurlu çıxışlar arzulayıram”.

Qeyd edək ki, 5 ölkədən 8 komandanın iştirak etdiyi “Ulduz Cup”a sentyabrın 6-da yekun vurulacaq.