AFFA Bakıda UEFA-nın dəstəyi ilə qızlar üçün festival təşkil edib
Bakıda AFFA-nın təşkilatçılığı, UEFA-nın, həmçinin Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 5-8 yaşlı qızlar üçün təşkil olunan “Playmakers” layihəsinin tədris ilinin yekunu ilə əlaqədar “ASCO Arena”da futbol festivalı keçirilib.
Mediasport.az xəbər verir ki, qadın futbolunun inkişafı məqsədilə təşkil edilən festivalda uşaqlar futbol oynayıb, əyləncəli vaxt keçiriblər.
Sonda iştirakçılar müvafiq diplomlarla təltif ediliblər.
Qeyd edək ki, festivalda Bakının 20 məktəbindən 200-dən çox qız iştirak edib.