Rəşad Sadıqov Emin Mahmudovu komandasında görmək istəyir
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Neftçi"də kapitanlıqdan uzaqlaşdırılan Emin Mahmudovu komandasında görmək istəyir.
Mediasport.az xəbər verir ki, qəsəbə klubunun çalışdırıcısı millinin kapitanı olan yarımmüdafiəçinin mümkün keçidi ilə bağlı suala cavab verib.
R.Sadıqov Eminin "Neftçi"də öz yoluna davam etməli olduğunu deyib:
"Təbii ki, hamı Emin Mahmudovu komandasında istəyər. Futbolda uğursuz periodlar olur. Kapitan kimi məsuliyyətin böyük hissəsi ona düşür. Məncə, Emin "Neftçi"də layiqli kapitan olub. Roman Qriqorçuk təcrübəli mütəxəssisdir. Mahmudov yoluna davam etməlidir. Bizi əvvəlki oyunları ilə sevindirməlidir".
Xatırladaq ki, bugünlərdə baş məşqçi Roman Qriqorçukun qərarı ilə “Neftçi”nin yeni kapitanı Ramil Şeydayev, vtse-kapitanlar isə Yuri Matias və Robert Bauer təyin ediliblər.