"Kante" "Neftçi"də!
Rumıniyanın "Universitatya Krayova" klubunun yarımmüdafiəçisi Samuel Asamoa karyerasını Azərbaycanda davam etdirəcək.
MediaSport.az xəbər verir ki, 29 yaşlı qanalı futbolçu "Neftçi" ilə danışıq aparır.
Orta sahə oyunçusu "ağ-qaralar"ın baş məşqçisi Adrian Mutunun şəxsi maraq dairəsindədir. Tərəflərin danışığı tamamlamaq üzrə olduğu deyilir.
Məlumata görə, rumın mütəxəssis birbaşa Krayova təmsilçisinin prezidenti Adrian Mititelu ilə əlaqə yaradıb. Mutu əvvəlcə 250 min dollar təklif etsə də, qarşı tərəfdən qəti "yox" cavabı alınca "Neftçi" rəhbərliyindən məbləğin artırılması üçün limit istəyib, razılıq verilib.
Rumın həmkarlarımızın "rumıniyalı Kante" adlandırdığı Asamoanın transfer qiyməti 700 min avro dəyərləndirilir.
2022-ci ildən Toqo yığmasında çıxış edən yarımmüdafiəçinin klubuna 500 min dollar təzminat qazandıracağı bildirilir. Millidə 7 dəfə meydana çıxmış afrikalının klubu ilə müqaviləsi bu ay başa çatıb.
2021-ci ildən Krayova təmsilçisinin formasını geyinən Asamoa 2012-ci ildən Rumıniyayadək Belçikada "Eüpen", "Leüven" və "Sent-Trüyden"də çıxış edib.