Kamerun Futbol Federasiyası Rusiya ilə razılaşdırdığı oyundan imtina etdi
İyunun 15-də keçirilməsi planlaşdırılan Rusiya - Kamerun futbol görüşü baş tutmayacaq.
mediasport.az xəbər verir ki, Afrika ölkəsinin futbol federasiyası hökumətin qəti etirazından sonra siyasi məsələləri əsas gətirərək yoldaşlıq oyunundan son anda imtina edib.
Qarşılaşma bir müddət əvvəl razılaşdırılmış və Moskvadakı “Lujniki” stadionunda keçirilməli idi.